Yeni təsis edilmiş “Agricon” MMC–nin hədəf istiqaməti Avropanın ixtisaslaşmış tikinti, kənd təsərrüfatı və sənaye sahəsinə istiqamətlənən müasir texnikaları Azərbaycan bazarına idxal etməkdir. “Agricon” MMC təklif etdiyi texnikaların satışıyla yanaşı, onların montajını və servisini həyata keçirir. Şirkətimizin yeni olmasına baxmayaraq, əməkdaşlarımız artıq 17 ildən çoxdur ki, tikinti, kənd təsərrüfatı və sənaye texnikaları sahəsi üzrə ixtisaslaşmış mütəxəssislərdir. Biz sifarişi aldığımız andan etibarən, onun çatdırılması, quraşdırılması, satış öncəsi sınaqdan keçirilməsi prosesini son ana qədər nəzarətdə saxlayırıq.

Şirkətimizin digər əsas hissəsi olan fəaliyyət istiqaməti peşəkar texniki servis və ehtiyat hissələrinin təchizatıdır. Texniki servis heyətimiz istehsalçı şirkətlərin mütəxəssisləri tərəfindən nəzəri və praktiki təlimlərə yiyələnmiş peşəkarlardır.

“Agricon” MMC Avstriya, İtaliya, Fransa, Danimarka, İsveç, Türkiyə, Rusiya, Çin, Belarus və digər ölkələrin məhşur brendləri ilə əməkdaşlıq edir.

Dileri olduğumuz Avstriyanın “Palfinger” konserni qaldırıcı qurğuların, əsasən də kran-manipulyator istehsalı və satışı üzrə dünya lideri hesab olunur. Bundan əlavə, tərəfdaşlıq etdiyimiz şirkətlər sırasına JCB «Tegeta Motors Baku», «Dieci», «Inman», «CMB», «Digmaq», «Total», «Falcon», «SKF», «Dorelektromaş» və digər şirkətlər daxildir.

Dəyərli müştərilərimizin məmnuniyyəti bizim əsas vəzifəmizdir. Etibarlı, qabaqcıl, səmərəli və hər bir müştərinin tələbatına uyğun məhsulları təklif etməklə yanaşı, onların təhlükəsiz çatdırılması şirkətimiz üçün vacib amildir.

“Agricon” MMC-lə əməkdaşlıq edərək, birlikdə inkişaf edək!