Technical service

Şirkətimizin əsas fəaliyyət istiqaməti texniki xidmət və ehtiyat hissələrinin təchizatıdır. Ağır texnika sahəsində 17 illik təcrübəyə və peşəkarlığa malik işçi qrupumuz texnikalaranızda yarana biləcək nasazlığı dərhal aradan qaldırmağa və texnikanızın fasiləsiz işləməsinə təminat verir. Biz göstərilən servis xidmətlərini operativ, yüksək keyfiyyət standartlarına uyğun və professional səviyyədə görülməsinə böyük diqqət yetiririk. “Agricon” MMC alıcıdan sifarişi aldığı andan etibarən, onun çatdırılması, quraşdırılması, satış öncəsi sınaqdan keçirilməsi prosesini son ana qədər nəzarətdə saxlayır.
Daima dəyişən, inkişaf edən innovativ texnologiya onun istismarı üçün biliklərin təkmilləşdirilməsini tələb edir. Ona görə də texniki servis heyətimiz mütəmadi olaraq istehsalçı şirkətlərin mütəxəssisləri tərəfindən nəzəri və praktiki təlimlərində iştirak edirlər. Xarici mütəxəssislər tərəfindən keçirilən təlimlərə nəinki texniki heyətimizi, hətta əməkdaşlıq etdiyimiz şirkətin mexanizatorlarını da işlərinin səmərəliliyini maksimum təmin etmək üçün cəlb edirik.
Servis xidmətlərimiz:
- Quraşdırılma və satış öncəsi sınaq
- İndividual yanaşma
- Texnikanın istismarı və saxlanılması ilə bağlı məlumatlandırma
- Müştərilərin nəzəri və praktiki təlimi
- Sıradan çıxmış ehtiyat hissələrinin dəyişdirilməsi
Texnikanızı peşəkarların etibarlı əlində olduğuna əmin ola bilərsiniz!
Spare parts

Agricon şirkəti satılan bütün avadanlıqlara texniki dəstək verir və orijinal ehtiyat hissələrini təklif edir. Bizdən orijinal ehtiyat hissələri əldə edərək, siz nəinki keyfiyyətə, həmçinin, yüksək təcrübəyə malik personalımızın peşəkar məsləhətlərinə də etibar edə bilərsiniz. Təklif etdiyimiz ehtiyat hissələri texnikalarınızın ömrünü uzatmağa və problemlərdən xilas olmağa kömək edəcək.
Agricon şirkəti müştərilərimiz, təchizatçılarımız və tərəfdaşlarımızla uğurla əməkdaşlıq edir! Bu gün müştərilərimizə hər gün ən yaxşısını təqdim etmək üçün hər cür səy göstərən gənc, motivasiyalı komandası olan orta ölçülü bir şirkətik.
Gələcəyin texnologiyası bizim üçün reallıqdır. İstənilən vaxt bizə arxalana biləcək məmnun müştərilər bizim məqsədimiz və istəklərimizdir!
- İnşaat texnikaları üçün ehtiyat hissələri
- Kənd təsərrüfatı texnikaları üçün ehtiyat hissələri
- Sənaye texnikaları üçün ehtiyat hissələri
- Orijinal və yüksək keyfiyyətlə idxal edilmiş OEM ehtiyat hissələri.
- Standartlara cavab verən yüksək keyfiyyət.
- Sürətli çatdırılma.
- Münasib qiymətlər.
- İstənilən modellər üçün müxtəlif ehtiyat hissələrin mövcudluğu.
- Rəsmi keyfiyyət, etibarlılıq, davamlılıq zəmanətləri.
Ehtiyacınız olan doğru ehtiyat hissəsinin seçimində mütəxəssis tövsiyələri.
Rental

“Agricon” MMC texnikaların satışıyla yanaşı, onların icarə xidmətini də təklif edir. İcarə şərtləri və müddəti razılaşdırılmış müqaviləyə əsaslanır.
Layihələrinizi təklif etdiyimiz sərfəli qiymət və yüksək keyfiyyətli texnikaların icarəsiylə reallaşdıra bilərsiniz.
Leasing
Kənd təsərrüfatı Texnikaları və avadanlıqları üçün:
a) Subsidiya məbləği gömrük dəyərinin 40%-ni təşkil edir.
b) Qiymətləndirci tərəfindən müəyyən olunmuş qiymətin minimum 20%-i ilkin ödəniş edilir.
c) Qiymətləndirici tərəfin texnika dəyərinin 20% hissəsini ilkin ödəniş olaraq tələb edir.
d) Qiymətləndirci tərəfindən müəyyən olunmuş qiymətin geridə qalan məbləği bank tərəfindən faizsiz kredit olaraq ödənilir.
e) Satış qiyməti qiymətləndirmə dəyərindən çox olarsa artıq olan hissə müştəri tərəfindən ödənilir.
Xüsusi təyinatlı Texnikaları (İnşaat texnikası, Anbar texnikası, Kommunal texnika və s. və avadanlıqları):
a) Avans ödəniş: 30% dən başalayaraq.
b) İllik faiz dərəcəsi: 19-22%.
c) Lizinq müddəti: 1-3 ilədək.